

Stomatoloq – Dr.Gunay Hacıyeva
Dr. Günay Hacıyeva – terapevtik, estetik və cərrahi stomatologiya sahəsində ixtisaslaşmış, həm yerli, həm də beynəlxalq təcrübəyə malik peşəkar həkim-stomatoloqdur.
2006–2011-ci illərdə Azərbaycan Tibb Universitetində stomatologiya təhsili alan Dr. Günay Hacıyeva, daha sonra 2014–2017-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasında rezidentura təhsilini uğurla tamamlamışdır. Təhsil və təcrübəsini daim yeniləyən həkim, 2018–2019-cu illərdə Türkiyənin Ankara şəhərində Dentalium və Ercan Sükut Dental klinikalarında çalışmış, 2022–2023-cü illərdə isə ABŞ-ın Çikaqo şəhərində yerləşən Stony Island Dental klinikasında Dental Training Program keçmişdir.
Hazırda Mərkəzi Klinikada fəaliyyət göstərən Dr. Günay Hacıyeva, ortodontiya, endodontiya, estetik və profilaktik stomatologiya sahələrində geniş bilik və bacarığa malikdir. O, həmçinin 2020–2021-ci illərdə keçirilən “Müasir Ortodontiyanın Əsasları” kursunu müvəffəqiyyətlə bitirərək breketlər və funksional aparatlar ilə işləmək üzrə ixtisaslaşmışdır.
İxtisaslaşdığı sahələr:
Ortodontiya (breketlər, funksional aparatlar)
Endodontik müalicə (kanal müalicəsi, pulpit, periodontit)
Estetik bərpa (kompozit vinir, qapaq, plomblar)
Profilaktik prosedurlar (ultrasəslə təmizləmə, flüorlama, fissur-sealant)
Dişlərin professional ağardılması
Danışdığı dillər: Azərbaycan dili, Türk dili, İngilis dili, Rus dili



